Əksər görmə qabiliyyəti olan insanlar üçün görmə dominant hissdir. Göz sadəcə işığı qəbul edən bir orqan deyil, onu beynimizin dərk edə biləcəyi şəkillərə çevirən inanılmaz dərəcədə mürəkkəb bir sistemdir. Göz, içərisindəki müxtəlif strukturların birlikdə işlədiyi, kiçik, heyrətamiz bir dünyadır.
Gəlin bu möcüzəvi sistemin necə işlədiyinə bir yerdə baxaq. 👁️✨
---
🩺 Gözün Əsas Quruluşu
Gözün içərisinə nəzər salsaq, görüntünün yaranmasında iştirak edən əsas hissələri görə bilərik:
Buynuz Qişa: Gözün önündə yerləşən şəffaf, gümbəzəbənzər qatdır. Gözə daxil olan işığı ilk olaraq bu təbəqə sındırır.
Büllur (Lens): Korneanın arxasında yerləşir və işığı ikinci dəfə sındıraraq tor qişaya yönəldir.
Torlu qişa (Retina): Gözün arxa divarında yerləşən, işığa həssas sinir hüceyrələrindən ibarət təbəqədir.
Qüzehli qişa (iris) gözün rəngli hissəsidir və hər insanda fərqli rəngə malik ola bilər . Qüzehli qişa həm də göz bəbəyinin böyüyüb-kiçilməsini idarə edərək gözü həddindən artıq işıqdan qoruyur və işığın miqdarını tənzimləyir.

---
🔦 İşıqdan Görüntüyə Gedən Qeyri-adi Yol
Təsəvvür edin ki, şam işığına baxırsız:
Cisimdən gələn işıq ən birinci buynuz qişadan keçir, burada ilk dəfə əyilir yaxud sınır. Daha sonra büllur vasitəsilə ikinci dəfə əyilir və torlu qişaya düşür. Bu ikiqat sınma prosesi nəticəsində görüntü tərs alınır.
Amma möcüzəvi orqanımız - beyinimiz sayəsində bu tərs görüntünü düz görürük!
Torlu qişada yaranan elektrik siqnalları optik sinir vasitəsilə beyinə ötürülür. Beyin bu siqnalları analiz edir, şəkilləri düz çevirir və biz dünyanı normal formada görürük.
Gözün quruluşunu daha yaxşı başa düşmək istəyirsizsə, videolarımı izləyə bilərsiz:
Göz Bəbəyi Nə Üçün Böyüyür? Səbəbi Təkcə İşıq Deyil
---
🔵 Kor Nöqtə Fenomeni
Gözümüzdə bir hissə var ki, orada heç bir görmə hüceyrəsi (reseptor) yoxdur. Bu hissəyə kor nöqtə deyilir.
Əgər cisimdən gələn məlumat gözümüzdə kor nöqtəyə düşərsə, biz onu görmərik.

Deyə bilərsiniz ki, mən baxdığım hər cismi görürəm, heç bir kəsinti yoxdur. Düzdür, çünki, beynimiz özü elə bil ki, puzzlenin olmayan parçalarını "tamamlayır".
👉 Sağ gözdəki kor nöqtə səbəbilə yaranan görüntü boşluğu sol gözdən gələn məlumatlarla, və sol gözün kör nöqtəsi isə sağ gözdən gələn məlumatlarla doldurulur.
Beləcə, hər iki gözümüzlə baxdığımızda kör nöqtəni hiss etmirik.
Hətta bir gözlə baxanda da o boşluğu görmürük — çünki torıu qişanın digər hissələrindən gələn vizual məlumat sayəsində beyin o hissəni avtomatik tamamlayır.
Yəni, beynimiz bir növ “redaktə proqramı” kimidir və boşluqları özü tamamlayır. 🧠✨
---
👓 Görüşün Bulanmasına Səbəb Olan Vəziyyətlər:
Normal görmə zamanı işıq torlu qişaya düşməlidir.

Ancaq gözün forması dəyişəndə görüntü bulanıqlaşır.
1. Yaxındangörmə (Miyopiya)
Problem: Göz normadan uzun olur, fokus nöqtəsi torlu qişanın önündə yaranır. Nəticədə uzaqdakı obyektlər bulanıq görünür.

Həlli: Çökək (concave) linzalı eynəklər – işığı genişləndirir və fokus nöqtəsini torlu qişanın üzərinə gətirir.

2.Uzaqdangörmə(Hipermetropi-ya)
Problem: Göz normadan qısa olur, fokus nöqtəsi tor qişanın arxasında qalır. Nəticədə yaxındakı obyektlər bulanıq görünür.
Həlli: Qabarıq (convex) linzalı eynəklər – işığı daraldır və fokus nöqtəsini tor qişanın üzərinə çəkir.

---
💡 Nəticə
Gözlərimiz həm dünyanın gözəlliklərini göstərir, həm də yaradılışın mükəmməlliyini xatırladır.
Kör nöqtəni hiss etməməyimiz və tərs görüntüləri düz görməyimiz, beynin bu incə işlənmiş sistemdəki fövqəladə rolunu sübut edir.
Mənbə
American Academy of Ophthalmology (AAO) – https://www.aao.org
National Eye Institute (NEI) – https://www.nei.nih.gov
WebMD – https://www.webmd.com
Healthline – https://www.healthline.com