Biologiya Təhsilində
Uğura Doğru
Tələbələrimə ən son bilik və təhsil metodlarını təqdim edərək biologiya sahəsində uğur qazanmalarına kömək edirəm.

E-poçt
info@bioedu.az
Telefon
+90 51 541 58 04
Bioqrafiya
Mən 2 illik təcrübəyə malik, biologiya müəlliməsiyəm. Abituriyentləri DİM imtahanına uğurla hazırlayıram və onların universitetə qəbul imtahanına hazırlaşmalarına dəstək verirəm. Eyni zamanda, müəllimləri MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanına hazırlayıram və onların imtahanlarda yüksək nəticələr əldə etmələrinə kömək edirəm.
2+
İl Təcrübə
20+
Uğurlu Tələbə
Hazırlıq Növləri
Abituriyent Hazırlığı
9–11-ci siniflər üçün tam hazırlıq proqramı. DİM test toplusu, əlavə vəsaitlər və sınaq imtahanları ilə sistemli hazırlıq.
MİQ Hazırlığı
Müəllimlərin işə qəbulu imtahanına (MİQ) hazırlıq. Bütün mövzuların dərindən tədrisi və test kitabları üzərində geniş işləmələr.
İntensiv Qruplar
Qısa müddətli (4–6 ay) sürətli hazırlıq proqramları. Həm abituriyentlər, həm də MİQ imtahanına hazırlaşan müəllimlər üçün nəzərdə tutulub. Əsas mövzular və ən vacib testlər intensiv şəkildə işlənilir.
Məktəblilər üçün Biologiya
6–9-cu siniflər üçün maraqlı və əyləncəli biologiya dərsləri. Məqsəd – biologiyanı sevdirmək və əsas anlayışları möhkəmləndirmək.
Tədris Yanaşmam
Tələbələrin potensialını maksimum artırmaq üçün istifadə etdiyim metodlar
Sistemli Tədris Proqramı
Mövzular ardıcıllıqla, planlı şəkildə izah olunur. Hər dərs əvvəlki biliklərə söykənir və şagirdlər mövzunu addım-addım mənimsəyir.
Daimi Sınaqlar və Təhlil
Dərslərlə yanaşı mütəmadi sınaq imtahanları keçirilir, nəticələr təhlil olunur və zəif tərəflər üzərində ayrıca işlənilir.
İmtahana Yönəlik Praktika
DİM və MİQ formatına uyğun tapşırıqlar üzərində geniş məşğələlər aparılır. Məqsəd – tələbələrin imtahanda yüksək nəticə toplamasıdır.